Köhnə Xaçmaz tam orta məktəbində Respublika Günü ilə bağlı tədbir keçirilib

28 2019 13:05

Xaçmaz rayonu Köhnə Xaçmaz kənd tam orta məktəbində 28 may Respublika günü münasibətilə tədbir keçirilib. Bayram tədbirində məktəbin müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər. Şagirdlər vətənə, anaya və şəhidlərə həsr olunan şerlər söyləyiblər.   Daha sonra məktəblilər maraqlı və əyləncəli musiqi nömrələri ilə çıxış ediblər. Tədbirin keçirilməsində vətənə sevgi aşılamaq, məktəbliləri tarixmiz haqqında məlumatlandırmaqdır.Sonda şagirdlər üçrəngli bayrağımız ilə fləşmob nümayiş etdiriblər.