Qubada qızlardan ibarət futbol komandasına yeni oyunçular cəlb olunub

30 2019 12:15

Quba rayonu, Dağlı kənd tam orta məktəbinin qızlardan ibarət futbol komandası 2012- ci ildən fəliyyət göstərir. Komandanın heyəti 13 və 16 yaşlı qızlardan təşkil olunub. 13 yaş qrupunda 12 futbolçu, 16 yaş qrupunda isə 15 futbolçu mübarizə aparır. Komanda məktəb, rayon və region səviyyəli  yarışlarda gücünü sınayır.Futbol komandasının yaradılmasında məqsəd qızlar arasında bu idman növünü papulyarlaşdırmaqdır. Məşqlər həftədə üç dəfə aparılır. Artıq komandaya yeni üzvlər də qatılıb.Məşqçi Vüqar Atayev deyir ki, qızlar idmana qəbul olunan zaman onların sağlamlığı, fiziki göstəriciləri yoxlanılır. Həvəskarlar həmçinin topla davranış mərhələlərindən də keçirlər. Dağlı kənd tam orta məktəbinin qızlardan ibarət futbol komandası yay tətilində də məşqlərini davam etdirəcək.