Məktəblilər nağıl qəhrəmanlarının maketlərini hazırlayıblar

30 2019 12:18

Dostlar, gördüyünüz  bu  maraqlı əl işlərini Bakı şəhər 230 nömrəli tam orta məktəbin  şagirdləri hazırlayıblar. Bacarıqlı dostlarımız müxtəlif nağıl qəhrəmanlarının maketlərini yaradaraq obrazları fərqli formada təqdim edirlər. Onların əl işləri görənlərin marağına səbəb olur. İstedadlı şagirdlər nağıl qəhrəmanları ilə səhnəciklər nümayiş etdiriblər. Onlar Tıq-tıq xanım, Cırtdan, Qaraca qız, Qırmızı papaq, Kərpickəsən kişinin dastanı, Qoğal, Göyçək Fatma nağıllarını  səhnələşdiriblər.