Uşaqlar hansı kitabları mütaliə edir?

30 2019 13:07

Dostumuz İsmayılın 10 yaşı var. O, dərsliklərdən əlavə kitablar oxumağı çox sevir. Məktəbli boş vaxtı olan kimi maraqlı nağıllar oxuyur. Bununla həm istirahət edir, həm də vaxtını səmərəli keçirir.Məktəbli əsasən Azərbaycan nağıllarına müraciət edir. İsmayıl kimi qardaşı Hüseyn də evə verilən dərs tapşırıqlarından əlavə kitab oxumağı çox sevir. Məktəbli söz ehtiyatını çoxaltmaq üçün oxuduğu kitabların sayını günü gündən artırır. Dostlar çalışın dərsdən əlavə kitablar  da oxuyasız. Bu sizin inkişafınıza müsbət təsir göstərəcək.