Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub

31 2019 10:20

Görkəmli ictimai xadim, yazıçı və publisist Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan tədbir Azərbaycan Mətbuat Şurası, Şuşa Rayon icra hakimiyyəti və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin təşkilatçılığı ilə baş tutub. Yubiley mərasimi Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə ziyalılar Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışıblar. Onun Azərbaycanın milli-mübarizə tarixində misilsiz rolu olduğu vurğulanıb.Şuşa Dövlət Musiqili Teatrının aktyorları ədəbi-bədii kompozisiya təqdim ediblər.Əhməd bəy Ağaoğlu əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni inkişafından və təhsildən keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan vətənpərvər ziyalı bunu azadlıq mübarizəsinin əsas faktoru kimi göstərirdi.