Pişik Filofeyin sərgüzəştləri tamaşası təqdim edilib

31 2019 11:55

Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə “Pişik Filofeyin sərgüzəştləri” adlı tamaşa nümayiş təqdim ediblər. Bir-birindən fərqli səhnə tərtibatı və obrazların cəlbedici geyimləri tamaşaçılar tərəfindən  maraqla qarşılanıb.Dostlarımız bu tamaşaya böyük həvəslə  hazırlaşıblar. Tədbirdə Firudin bəy köçərli adına Respublika Uşaq kitabxanası tərəfindən kitab sərgisi də təşkil olunub. Uşaqlara maraqlı kitablar hədiyyə edilib.Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin kollektivi 15 iyun Milli Qurtuluş günü münasibəti ilə təşkil olunacaq tədbirə hazırlaşır.