Bitkilər hansı üsullarla suvarılır?

01 2019 12:43

Su bitkilər üçün çox önəmlidir. Onlar suvarılmasa məhv ola bilərlər. Bitkilərin xüsusiyyətləri, suya tələbatı, həmçinin müxtəlif ərazilərdə torpaqların tərkibi fərqlidir. Bunlardan asılı olaraq suvarma metodları da dəyişir. Damcı suvarma üsulunda su fasiləsiz olaraq damla-damla bitkilərin kökünə verilir. Bu metodun üstünlüyü ondadır ki, su qənaətlə istifadə olunur, ərazinin şоranlaşma və bataqlıqlaşma təhlükəsi aradan qalxır.Bitkilərin suya olan tələbatını ödəmək üçün dumana bənzər yağış hissəcikləri suvarma növü də tətbiq olunur. Burada su narın damcılar şəklində bitkinin yer səthində оlan gövdəsinə və yarpaqlarına yağdırılır.