İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə adəbi-bədii gecə keçirilib

01 2019 12:50

Dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə "Günəşə bənzər şair" adlı adəbi-bədii gecə keçirilib. Tədbir Bakı şəhər 3 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzinin təşkilatçılığı ilə baş tutub.Mərkəzin "Gənc aktyorlar" dərnəyinin üzvləri Nəsiminin qəzəllərini qiraət edib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Gənc vokalçıların ifasında şairin qəzəllərinə bəstələnmiş mahnılar səsləndirilib. Tədbirdə iştirak edən qonaqlar dahi Azərbaycan şairi Nəsiminin yaradıcılığının öyrənilməsini və gənc nəslə təbliğ olunmasını yüksək qiymətləndiriblər. Tədbirin davamında görkəmli söz ustadının həyatına həsr olunan videoçarx nümayiş olunub.