Respublika Fənn Olimpiadalarında Quba rayonundan 4 şagird qalib olub

01 2019 12:56

Respublika Fənn Olimpiadalarında Quba rayonundan 4 şagird qalib olub. Taleh Əliyev olimpiadada tarix fənni üzrə biliyini sınayıb.  Məktəbli 23 bal toplayaraq gümüş medala layiq görülüb. O, Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdidir. Quba rayon 2 saylı təbiət fənnləri təmayüllü məktəb-liseyin11-ci sinif şagirdi Əli Əliyev olimpiadaya coğrafiya fənni üzrə  qatılıb. O, 30.7 bal toplayaraq bürünc medal qazanıb. Ötən il də müsabiqədə iştirak edən Əli deyir ki, bu dəfə uğur qazanmasında düzgün fənn seçiminin də rolu çox olub. Respublika fənn olimpiadalarının daha bir gümüş medalçısı Rəvan Xıdırovdur. O, Quba rayon Qəçrəş kənd tam orta məktəbinin 9-cu sinif şagirdidir. Müsabiqədə coğrafiya fənni üzrə biliyini sınayıb. Mümkün 50 baldan 35 bal toplayaraq II yerə sahib olub.  Dostumuz gələcəkdə neft mühəndisi olmaq istəyir. Rənad Hümbətov olimpiadada 33.6 balla bürünc medal qazanıb. Quba rayon Alpan kənd tam orta məktəbinin 11-ci sinif şagirdi olan dostumuz müsabiqəyə coğrafiya fənni üzrə qatılıb. Rənad sevincini bizimlə bölüşdü.Quba rayonundan Respublika Fənn Olimpiadalarında ümumilikdə 699 şagird iştirak edib. Onlardan 78 nəfəri 2-ci tura adlaya bilib. Final mərhələsində isə 9 məktəbli biliyini sınayıb. Biz də məktəbli dostlarımızı bir daha təbrik edir, onlara uğurlar arzulayırıq.