Flarmoniyada Uşaq Gənclər Xalq Çalğı Alətləri orkestrinin tədbiri keçirilib

07 2019 16:30

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan  Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan konsert  təşkil olunub. Dövlət Uşaq Filarmoniyasının Uşaq Gənclər Xalq çalğı alətləri orkestrinin və solistlərin ifasında tamaçılara  bir-birindən maraqlı musiqi nömrələri təqdim olunub.İstedadlı dostlarımız Fikrət Əmirov, Səid Rüstəmov, Süleyman Ələsgərov və digər görkəmli bəstəkarların əsərlərini ifa ediblər. Onların çıxışları alqışlarla qarşılanıb. Uşaq Gənclər Xalq Çalğı Alətləri Orkestri 2009-cu ildən fəaliyyət göstərir. Onlar  “Bölgələrə səyahət” adlı layihə çərçivəsində Azərbaycanın müxtəlif regionlarında konsert proqramı ilə çıxış edirlər. Orkestrin növbəti səfəri Xaçmaz şəhərinə planlaşdırılır.