Zərifə Əliyeva adına 8 saylı məktəb liseydə 1 iyun Uşaqalar günü qeyd edilib

07 2019 16:33

Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə  “Biz 10 000 000 olduq” adlı tədbir baş tutub.Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə və Azərbaycan əhalisinin sayının 10 000 000 nəfərə çatmasına həsr olunub.Tədbirdə Xaçmaz rayon TŞ-nin rəhbəri,məktəbin pedagoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.Məktəbin 1-5-ci siniflərinin iştirakı ilə keçirilən  tədbirdə rəngarəng rəqs nömrələri təqdim olunub, vətənpərvərlik mövzusunda ifalar səsləndirilib.Azyaşlıların çıxışları izləyicilər tərəfindən maraqla qarşılanıb.