“Dədə malı” serialının kollektivi fiziki qüsurlu uşaqlarla görüşüb

07 2019 16:39

“ARB Media Qrup”un istehsalı olan ”Dədə malı” serialının çəkilişləri yekunlaşıb.Çəkilişlərin bitməsi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etdiyindən yaradıcı heyət bunu sağlamlıq imkanları məhdud uşaqlarla birgə qeyd edib.   “Dədə malı” serialının çəkiliş qrupu uşaqlarla deyib-gülüb rəqs ediblər. Ekran işində Dünyamalı obrazını canlandıran tanınmış müğənni Coşqun Viləş balacalar üçün mahnılar ifa edib. Aktyorlar  uşaqları təbrik edib, onlara arzularını bildiriblər. “Dədə malı” serialı tamaşaçılara bol gülüş vəd edir. Baş rolları məşhur aktyorlar Əzizağa Əzizov, Rada Nəsibova, Elsevər Camal, Coşqun Viləş,  və başqaları canlandırıb. Ekran işində tanınmış müğənnilər Səyyad Əlizadə, Elşad Qarayev, Mina, Zeynəb Həsəni də  rol alıblar.  “Dədə malı” serialının ilk seriyası 7 iyun  saat 20:45-də “ARB” televiziyasında yayımlanacaq.