Xaçmaz Heydər Əliyev Mərkəzində istedadlı dostlarımız öz bacarıqlarını nümayiş etdiriblər

08 2019 14:04

Bir iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində də qeyd olunub. Bayram gecəsində mərkəzdə fəaliyyət göstərən dərnəyin şagirdləri, valideynlər və müəllimlər iştirak ediblər.Bayram gecəsində istedadlı dostlarımız musiqi nömrələri ilə çıxış ediblər.Daha sonra Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərin istedadlı şagirdlərinə diplom verilib.Tədbirin sonunda şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil olunub.