Meşədə istirahət edən zaman nələrə diqqət etməliyik?

08 2019 14:23

Uşaqlar yaz-yay aylarında dincəlmək üçün meşəyə, təbiət qoynuna üz tuturlar. Lakin çöldə istirahər edən zaman diqqətli olmaq lazımdır. Çünki, həşəratlar, cücülər sizi sanca bilər. Yaxşı olar ki, əyninizə qısa şort yox, şalvar geyinəsiniz.  Ayağınıza isə hər tərəfi bağlı ayaqqabı geyinməyiniz məsləhətdir.Düşərgə üçün yer seçərkən diqqətli olun. Mümkün qədər sıx, hündür ot örtüyü olan ərazidə oturmayın. Çünki, belə yerlərdə ilan və müxtəlif gəmiricilərin olma ehtimalı yüksəkdir. Daşın və ya ağac kötüyünün üstündə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirin. Bəs gəzinti zamanı sizi həşərat sancıbsa bu zaman necə davranmalısınız? Bu haqda həkimin tövsiyələrini dinləyək. Dostlar, istirahətə gedən zaman yaxşı olar ki, həmin ərazinin relyefi, canlı aləmi haqqında məlumat öyrənəsiniz. Belədə xoşagəlməz hallarla qarşılaşmaq ehtimalı az olar və istirahətiniz xoş keçər.