Buqələmun rənglərini necə dəyişir?

11 2019 12:30

Dostlar, bu dəfə sizi təbiətin qeyri-adi canlılarından biri olan buqələmunlarla tanış edəcəyik.Buqələmunlar sürünənlər sinfindən olub, ağac həyat tərzinə uyğunlaşıblar. Onlar bədəninin rəngini dəyişməyə qadir heyvanlardır. Buna görə də digər canlılardan seçilirlər.Bədəninin rəngini və şəklini dəyişmək bacarığı bütün buqələmunlara xasdır. Rənginin dəyişməsi dəri örtüyünün quruluşunun xüsusiyyətləri ilə bağlıdır. Buqələmunun bədəninin rəngi temperatur, işıq və rütubət kimi xarici təsirlərin, eləcə də  aclığın, susuzluğun, qorxunun və qıcıqlanmanın təsiri altında dəyişir. Buqələmunun vəhşi təbiətdə təqribən 135 növü var. Növlərin çoxunun bədəninin uzunluğu 30 santimetrdir, ən kiçiklərinin uzunluğu isə cəmi 3-5 santimetrə çatır.  Buqələmun tropik meşələrin hamısında, savannalarda, Madaqaskar adasında, Cənubi Avropada, Yaxın Şərqdə və bir sıra başqa ərazilərdə yaşayır. O, ov zamanı uzun müddət ağacın budaqlarında oturur, bədəni hərəkətsiz, gözləri isə daim hərəkətdə olur. Həşəratları dilinin ucundakı alıcı orqanla tutur. Buqələmunun bir maraqlı xüsusiyyətidə var. O, müxtəlif həşəratları 3 saniyədə tanıya və ovlaya bilir.  Buqələmun gündüz həyat tərzi sürür, çünki yuxuda dərisinin rənginə nəzarəti itirir. Bu zaman onların rəngi solur və yırtıcı heyvanlarin diqqətini cəlb edir.