Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü liseyin 4c sinifi üçün buraxılış gecəsi təşkil olunub

11 2019 13:00

Sinfi 27 şagird bitirib. Tədbirdə məktəbin müəllim kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Məktəblilər onlara qələm tutmağı, oxumağı öyrədən müəllimləri qarşısında son dəfə çıxış ediblər. Bu gün şagirdlər ibtidai sinifi bitirib yuxarı siniflərə qədəm qoyur.Bu illər ərzində azyaşlılara bilik vermək heç də asan olmayıb.Dörd il bundan əvvəl fidanların əlindən tutub yazı yazmağı öyrədən müəllimləri çox sevincli idi. Şagirdlərin hazırladıqları şerlər və səhnəciklər, rəqs kompazisiyaları müəllimlərin və qonaqların ürəyincə olub. Məktəblilər  üçün də  ilk və doğma müəllimlərindən ayrılmaq çox çətin idi.Çünki, dörd il ərzində müəllimləri  onların nazını, qayğısını çəkib.Onlara həm müəllim, həm də ana olub.Buraxılış gecəsinin sonunda məktəblilərə xatirə albomu təqdim olunub.