Dondurma alarkən diqqətli olun!

12 2019 14:28

İsti yay aylarını dondurmasız təsəvvür etmək çətindir. Lakin dondurma alan zaman diqqətli olmaq lazımdır. Çünki, bu dadlı təam süd məhsulundan hazırlandığı üçün tez xarab olur. Bəs görəsən uşaqlar dondurma alan zaman nələrə diqqət edirlər?Dondurma alarkən onun saxlandığı şəraitə diqqət edin. Bu təam ayrı soyuducularda, sabit temperaturda saxlanılmalıdır. Dondurmanın buraxılış tarixinə baxın. Əgər qutusu əzikdirsə, yarıərinmiş haldadırsa həmin məhsulu almaq məsləhət deyil. Dondurma acılıq dadırsa onu yeməyin.Mütəxəssislər bildirirlər ki, gündə 200-300 qramdan çox dondurma yemək olmaz. Əgər həddindən artıq yeyilərsə, uşaqların bədən temperaturu aşağı düşə bilər və xəstələnərlər. Rəngli dondurmaların yeyilməsi məsləhət deyil. Belə dondurmaların tərkibinə adətən rəngləndiricilər əlavə olunur ki, bu da uşaqlarda bağırsaq pozuntularına səbəb olur.