Futbol tarixindəki qolları əzbər bilən məktəbli

12 2019 14:32

Rüfət Yusifov futbolu çox sevir. 8 yaşından bu idman növünə azərkeşlik edir. İstər dünya, istərsə də ölkə çempionatlarını sevə-sevə izləyir. Dostumuz İspaniyanın Real - Madrid klubuna azərkeşlik edir. Eyni zamanda digər futbol klublarının və milli komandaların oyunlarına da böyük maraqla baxır. Klublararası transferləri yaxından izləyir. Rüfət təkcə oyunların nəticələrini deyil, məşhur futbolçuların vurduğu qolların sayını  da yadında saxlayıb.Futbolçular  Rüfəti imtahan etmək qərarına gəliblər. Görək o bu sınaqdan üzüağ çıxa biləcəkmi?Dostumuz gələcəkdə futbol şərhçisi olmaq istəyir. Bunun üçün  mütəmadi məşq edir, futbol haqqında biliklərini artırır.