Şabran şəhər 5 saylı tam orta məktəb “Dostumu öyrədirəm” müsabiqəsinə qoşulub

13 2019 10:37

Layihə dörd fənn - Azərbaycan dili, xarici dil, Azərbaycan tarixi və riyaziyyat fənləri üzrə keçirilib.Müsabiqənin keçirilməsində məqsəd, məktəblililərin dərslərində geri qalan həmyaşıdlarına kömək etməkdir.2018-2019 cu il tədris ilinin ikinci yarısından etibarən keçirilən layihədə Şabran rayonu üzrə 23 ümumtəhsil məktəbi iştirak edib. 5 saylı tam orta məktəbdən müsabiqəyə səkkiz şagird qatılıb. Şagirdlər bu layihədə bir-biri ilə əməkdaşlıq edir, bilmədiklərini öyrənməyə çalışırlar. “Dostumu öyrədirəm” müsabiqəsi 5-ci sinif şagirdləri arasında keçirilir. Ümumilikdə Şabran rayon ümumtəhsil məktəblərindən 132 şagird bu layihəyə cəlb olunub. Bunlardan 23 cüt Azərbaycan dili, 24 cüt riyaziyyat, 13 cüt tarix, 6 cüt şagird isə xarici dil üzrə müsabiqəyə qoşulub. İyun ayının sonunda müsabiqədə iştirak edən şagirdlər üçün imtahan təşkil olunacaq. Nəticələrə görə qaliblər müəyyənləşəcək.