Tətildə uşaqlar hansı kitabları oxuyacaqlar?

14 2019 13:47

Artıq yay tətili başlamaq üzrədi. Məktəblilər tətildə vaxtlarını səmərəli keçirmək üçün bədii kitablar mütaliə etmək qərarına gəliblər. Məhs bunun üçün onlar kitabxanaya üz tutublar.Mütaliəsevər dostlarımız, kiçik həcmli və tez yadda qalan nağıllar kitabı oxuyurlar. Şagirdlər əsasən Azərbaycan nağıllarına daha çox üstünlük verirlər. Onlar yay tətildə mütaliə etdikləri kitabaların sayını artıracaqlar.Kitabxanaçı Leyla Məmmədova deyir ki, məktəblilər tətil boyu kitabxananın xidmətlərindən yararlana bilərlər. Artıq şagirdlərə yeni gətirilən kitablar haqqında məlumatlarda verilib. Tətildə uşaqların kitabxanaya cəlb olunması üçün viktorinalar da təşkil olunacaq.Uşaqlar tətildə istirahət etməklə yanaşı yaxşı olar ki, tez yadda qalan nağıllar mütaliə edəsiz. Bu sizin hafizənizə müsbət təsir göstərəcək.