3 saylı UGİM Nəsimi ili ilə bağlı tədbir keçirib

14 2019 13:54

Nəsimi ili çərçivəsin də dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan "Nəqşi cahan" adlı festival keçirilib.3 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbir açıq havada Nəsimi heykəlinin ətrafında təşkil olunub.Mərkəzin müəllimləri "Palitra","Rəsm" və "Buta" dizayn studiyasının üzvləri müxtəlif materiallar üzərində kompazisiyalar işləyiblər.Tədbirdə Azərbaycanın müxtəlif bölgələrinin sujetli,nəbati,həndəsi naxışlardan toxunmuş xalçalarını əks etdirən rəsmlər çəkilib.Dərnək üzvləri rəsm əsərlərini açıq havada tamamlamağa çalışıblar.Tədbirin davamında mərkəzin gənc aktyorlar dərnəyinin üzvlərinin ifasında şairin qəzəlləri səsləndirilib.