Açıq havada dərs keçilən məktəbdən reportaj

14 2019 13:59

İlk baxışda bura hər hansı bir parkı xatırladır. Amma gördüyünüz bu gözəl mənzərə Bakı şəhəri, Suraxanı rayon 279 nömrəli tam orta məktəbin həyətidir. Şagirdlər burada yaşıllıqlar qoynunda dərs keçirlər.Bağın salınmasında müəllimlər, valideynlər və şagirdlər çox böyük əmək sərf ediblər. Açıq havada keçilən dərsin bir çox üstünlükləri var.Hazırda dostlarımız burda texnologiya dərsindədirlər. Onlar quru ərzaqlardan müxtəlif əl işləri hazırlayırlar. Gələcəkdə bu bağın daha da gözəlləşdirilməsi və fərqli bitkilərlə zənginləşdirilməsi nəzərdə tutulub.