5-6 yaşlı uşaqlardan ibarət futbol komandası yaradılıb

17 2019 08:49

5-6 yaşlı futbolçulardan ibarət komandanın 9 oyunçusu var. Komanda bir neçə aydır ki, məşqlərə start verib. Balaca futbolçular yaşlarının az olmasına baxmayaraq meydançada topla məharətlə davranırlar. İdmançı dostlarımız məşqlərə böyük həvəslə qatılırlar. Onlar gün ərzində iki saat futbol oynayırlar. Burada uşaqlara topla davranış qaydaları və oyun taktikaları öyrədilir.Məşqçi Rəcəb Mahmudov deyir ki, futbolun inkişafı üçün bu cür istedadlı uşaqların üzə çıxarılması vacibdir.  Uşaqları bu yaşdan məşqlərə cəlb etməklə peşəkar futbolçular yetişdirə bilərik. Komandanın heyətində çıxış edən istedadlı oyunçular gələcəkdə “Keşlə” futbol klubunun uşaqlardan ibarət  heyətinə cəlb olunacaq.