Bitkilərin xəstəliyə dözümlülüyü necə yoxlanılır?

17 2019 08:59

Bəzi hallarda bitkilərə, ağac tinglərinə nə qədər yaxşı qulluq etsək də, o xəstəliyə yoluxur. Bu zaman zərərvericilərin ucbatından bütün zəhmətimiz hədər gedə bilər. Xəstəliklərin yayılmaması üçün bitki sahələrini təmiz saxlamaq, düzgün suvarmaq, vaxtında və qədərində gübrələmək lazımdır. Amma riskləri minimuma endirməyin əsas yolu xəstəliklərə davamlı sortların seçilməsidir. Bəs bitkilərin xəstəliyə nə qədər müqavimətli olduğunu necə müəyyən edilir?Tingin xəstəliyə tutulmuş yarpağı kəsildikdən sonra laboratoriyaya aparılır. Laboratoriyada xəstəliyə yoluxmuş yarpaqdan məhlul hazırlanır. Sonra xəstəlik digər bitki sortlarına yoluxdurulur. Məqsəd həmin bitkilərin xəstəliyə nə qədər davamlı olmasını öyrənməkdir.Meyvə tingləri, kənd təsərrüfatı bitkiləri nə qədər xəstəliyə davamlı olarsa, məhsuldarlıq da yüksək olar. Həmçinin fermerlər dərmana əlavə pul xərcləməzlər. Bu səbəbdən bitkilərin xəstəliyə davamlılığının öyrənilməsi vacibdir.