Xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün buraxılış tədbiri keçirilib

18 2019 10:37

Bakı şəhər 219 nömrəli evdə təhsil tam orta məktəbində xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün buraxılış tədbiri keçirilib. Tədbirdə müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Məktəbli dostlarımız buraxılış gecəsinə xüsusi şəkildə hazırlaşıblar. Tədbirdə şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub. Hər kəs sərgini maraqla izləyib. Daha sonra məktəblilər bir-birindən maraqlı rəqslər təqdim edib, şeirlər səsləndiriblər