3 nömrəli UGİM-in yetirmələri “Heyvanları qoruyaq” devizi altında sərgi keçiriblər

19 2019 14:00

3 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzinin yetirmələri “Heyvanları qoruyaq” devizi altında  sərgi keçiriblər. Gördüyünüz bu rəsmlər "Palitra” rəsm studiyasının üzvlərinin əl işləridir.  "Vəfalı dostlar" adlı tədbirin keçirilməsində məqsəd insanları heyvanlara qarşı səxavətli olmağa, onları qorumağa dəvət etməkdir.Sərgidə 10 yaşadək olan 50 uşaq iştrak edib. Fırça həvəskarlarının ümumilikdə 90-dək əl işi nümayiş olunub. Tədbirin davamında mərkəzin yetirmələri maraqlı nömrələr təqdim ediblər.  Sonda isə iştirakçılar mükafatlandırılıb.