Gün eynəyi seçərkən nələrə fikir vermək lazımdır?

19 2019 14:07

Günəşli havada uşaqlar gözlərini qorumaq üçün  gün eynəklərindən istifadə edirlər. Lakin eynəyin düzgün seçilməməsi gözdə müəyyən problemlər yarada bilər. Bəs görəsən uşaqlar eynək alan zaman nələrə diqqət edirlər?Satışda mənşəyi bilinməyən, keyfiyyətsiz eynəklər də çoxdur. Həkim İbrahim Məmmədəliyev deyir ki, eynək alan zaman, onun uyğunluq sertifikatına və hansı  istehsalçıya məxsus olduğuna diqqət yetirmək lazımdır. Barkodu olmayan eynəklərin keyfiyyəti sual altındadır.  Həkim onu da bildirir ki, eynəyin şüşəsi orqanik olmalıdır. Gözlük günəş şüalarının təsirini minimum 50 faiz azaltmalıdır. Gün eynəklərini 5 yaşdan yuxarı uşaqların istifadə etməsi məsləhətdir.Plastik gözlüklü eynəklər gözə ziyanlıdır. Plastmas gün eynəkləri gözü qorumaq yerinə, əksinə ultra bənövşəyi şüaları gözümüzün ön və arxa hissəsinə ötürərək daha çox zərər verə bilər.