Bonsay sənəti haqqında maraqlı məlumatlar

19 2019 14:15

Bonsay sənəti-  təbii ağacın miniatür şəkildə oxşarının becərilməsidir. Xüsusi alətlərlə budanan ağaclar dibçəkdə böyüdülür. Bonsay sözü azərbaycan dilinə tərcümədə, bon- qab, say- bitki mənasını verir,  yəni dibçəkdə ağac .  Bonsay üslubu Çində yaranıb və Tan sülaləsinin dövrünə aiddir. Bu sənət növü Çindən sonra Yaponiyada məşhurlaşıb. İndi isə miniatür ağacların  yetişdirilməsi ilə tanış olaq. Bonsay ağaclar kiçik olmalarına baxmayaraq ətrafımızda gördüyümüz ağaclardan heç bir fərqləri yoxdur. Dibçəyə əkilən tinglər vaxtlı vaxtında budanır və diqqətlə qulluq olunaraq miniatür ağac görünüşü  əldə edilir. Ağacı yetişdirərkən onun təbii xüsusiyyətinə, torpağın nəmliliyinə, dibçəyin formasına, işıq və təbii şərtlərə əməl olunmalıdır. Çünki, onun dibçəyi böyük, torpağı isə bol olsa bitki sürətlə inkişaf edər.  Miniatür ağacların boyu təxminən 15 santimetr olur. Bonsayı adi ağacların bir çox növündən becərmək mümkündür. Belə ağaclardan yaşı bir neçə əsrə çatanlar da var. Hazırda ABŞ-da yetişən “Yamaki” şam ağacının yaşı 375 ili keçib.  İlk bonsay sərgisi 1914-cü ildə Tokio şəhərində təşkil olunub.