Hər gün 6 km qaçan qardaşları tanıyaq

20 2019 15:26

Vüsal, Ayxan və Turan qardaşları hər səhər yuxudan duran kimi qaçış idman növü ilə məşğl olurlar.İki ildir qaçış idmanına başlayan böyük qardaş Vüsal daha çox məsafə qət edə bilir.Belə ki, o gün ərzində 6 kilometr qaçır. Uşaqlar idmanın sağlamlığa nə qədər faydalı olduğunu həmyaşıdlarına çatdırmağa çalışırlar. Ortancıl qardaş Ayxanın əvvəl qaçışa marağı az olsa da sonradan idmana həvəsi artıb. Ayxan deyir ki, təmiz havada qaçış sağlamlıq üçün çox faydalıdır.8 yaşlı Turan hamısından kiçik olsa da qardaşlarından geri qalmamağa çalışır. Yürüşə yeni qoşulan məktəbli hər gün qaçış estafetinə qoşulur. Məktəblilər daha böyük məsafələr qət etmək üçün öz üzərlərində çalışırlar. Onların məqsədi qaçış məsafəsini 10 kilometrə çatdırmaqdır.