Payız fəslinin əlamətləri hansılardır?

26 2018 09:07

Quba rayon, Qəçrəş kənd tam orta məktəbinin şagirdləri payız fəslinin gəlişi ilə əyani tanış olmaq üçün təbiət qoynuna ekuskursiya ediblər. Dostlar bu fəsildə hava tədricən soyumağa başlayır. Nəticədə bir müddətdən sonra yarpaqdakı qida maddələri azalır və onların rəngi dəyişir. Payızın gəlişi ilə əlaqədar sentyabrın 22-dən 23-nə keçən gecə-gündüz bərabərləşir. Sonra günlər tədricən qısalmağa, gecələr isə uzanır. Nəticədə şimal yarımkürəsində havalar soyuyur, cənub yarımkürəsində isə yaz fəsli başlayır. Dostlar yerin Günəş ətrafında hərəkəti nəticəsində, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Payızın gəlişi təkcə havaların soyuması deyil, həm də çaylarda suyun artması ilə özünü göstərir. Çünki, bu fəsildə tez-tez yağış yağır nəticədə çaylarda suyun səviyyəsi qalxır. Şimal yarımkürəsində payız fəsli dekabrın 22 dək davam edir.  Daha sonra dekabrın 22 dən payızı qış fəsli əvəz edir.