Dəniz suyunun monitorinqi necə aparılır?

21 2019 15:15

Artıq çimərlik mövsümü başlayıb. Lakin mövsüm başlamazdan əvvəl çimərlik zolaqlarından su nümunələri götürülür. Bu da həmin ərazilərdə suyun yararlı olub-olmamasının yoxlanması məqsədi ilə aparılır. Dəniz suyunun monitorinqi maraqlı proses olduğundan məktəblilər gedişatı izləmək üçün sahil zolağına gəliblər.Monitorinqin aparılmasında məqsəd insanları dəniz suyundan yoluxa biləcəkləri xəstəliklərdən qorumaqdır. Su nümunələri sahildən 10-15 metr aralıdan götürülür. Həmin nümunələr labarotoriyada analizlərdən keçirilir.Çimərlik mövsümünə hazırlıqla əlaqədar Xaçmaz rayon Gigiyena və Epidemiologiya Mərkəzi aprel ayından dəniz suyunun monitorinqinə başlayıb. Ayda iki dəfə  insanların mütəmadi olaraq istifadə etdiyi çimərliklərdən su nümunələri götürülərək analiz edilir.Analizlərin cavabı 4-5 gün ərzində məlum olur. Nəticədə həmin ərazinin çimərlik üçün yararlı və yaxud yararsız olduğu üzə çıxır.Hazırda Xaçmaz rayonunun Nabran, Seyidlər və İsti su ərzilərindən götürülən su nümunələri müsbət nəticə verib. Xəzər dənizinin Niyazabad istiqaməti  isə çimərlik üçün yararlı hesab olunmayıb.