15 universitetdən dəvət alan məktəbli Kamil Məhərrəmovu tanıyaq

21 2019 15:25

Bu süjetimizdə sizi dünyanın 15 universitetindən dəvət alan Kamil Məhərrəmov ilə tanış edəcəyik. O, 2002-ci ildə Bakı şəhərində anadan olub. Bu il Bakı şəhəri 160 nömrəli tam  orta məktəbdən məzun olub. Kamil dəfələrlə respublika səviyyəli və beynəlxalq olimpiadaların qalibi olub. Yazdığı esse beynəlxalq müsabiqədə 150 000 yazı arasında I yerə layiq görülüb.  Dostumuz eyni vaxtda Amerikanın 3 universitetinə təqaüdlə qəbul şansı qazanıb.Kamilin hədəfləri böyükdür. O, gələcək planlarından da söz açdı.Kamil açıq havada vaxt keçirməyi xoşlayır. O, 6 ildir ki, idmanla məşğul olur. Basketbol üzrə milli komandanın üzvüdür.