Yay fəsli başlayıb

24 2019 12:27

Yay, ən isti mövsümdür. Şimal yarımkürəsinin ən uzun günləri yayda olur.  21 martdan başlayaraq Yerin xəyali oxunun Şimal ucu Günəşə tərəf çevrilir. 90 gündən sonra Günəş şüaları 23,50 dərəcə şimal enliyində zenitdə olur. Bu zaman Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində qış başlanır. Bu zaman Şimal yarımkürəsində hava isinir, gündüzlər uzanır, gecələr isə qısalır. 22 iyunda Şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecə yaşanır. Yay mövsümündə təbiətin gözəlliklərindən daha çox faydalanmaq imkanımız olur. İnsan sağlamlığına böyük faydası olan və sümüklərin inkişafı üçün lazım olan D vitamini, günəş şüalarından alınır. Bu mövsümdə günəşli günlərin sayı çoxdur. Günəş şüaları nə qədər xeyirli olsa da, yayın qızmar istisindən də qorunmaq lazımdır. Qızmar günəş altında uzun müddət başı açıq gəzmək günvurmaya səbəb ola bilər.  Yayda bəzi xəstəliklərin dərmanı, orqanizmə bir çox xeyirləri olan dəniz suyu və dəniz qumundan faydalanmaq üçün fürsətlər genişdir. Meyvələrin, tərəvəzlərin əksəriyyəti bu mövsümdə yetişir. İnsan qidasının böyük bir qisimini tutan; buğda, arpa, qarğıdalı, yulaf kimi taxıl bitkiləri yayda toplanaraq ehtiyat yığılır.