Sadə orqanizmlər

24 2019 12:31

Yer kürəsində bir – birindən fərqli orqanizmlər yaşayır. Onlardan bir qismi də sadə orqanizmlərdir. Onlara onurğasızlar da deyilir. Bu canlılar faunada mövcud olan bütün növlərin 97 faizini təşkil edir.30 tip onurğasız canlı var. Onları bəzən bəsit canlılar adlandırırlar. Onlar ağlasığmaz dərəcədə fərqlidirlər. Məsələn, süngərlər,  meduzalar, dəniz ulduzları, molyuskalar dənizdə, digərləri isə quruda yaşayırlar. Misal üçün, həlqəvi qurdlar. Bəzi sadə orqanizmlər bitkilərin üzərində yaşayır. Bunlar həşərat və hörümçəklərdir. Onurğasızların ən böyük nümayəndəsi isə nəhəng kalmarlardır. Uzunluqları 12 metrə çatır. Süngərlər, meduzalar və mərcanlar okean dibində yapışaraq yaşayırlar. Onlar ən ibtidai canlılardır. İndi isə sadə orqanizmlər haqqında bir sıra maraqlı faktları öyrənək. Meduzalar balıqdırmı?Yox, meduza balıq deyil, amma tikanlı dərililər tipinə aid dəniz canlıları qrupuna daxildir. Adının mənası da “tikanlı dəri” deməkdir. Meduzanın qolları var, amma baş ön və arxa hissəsi yoxdur. Onlar suyu yavaşca qolları arasına alaraq  hərəkət edirlər. Meduzanın ağzı bədəninin alt hissəsində yerləşir. Uzun qolcuqlar bədəndən kənara çıxır . Qolcuqların üzərində  dalayıcı hüceyrələr yerləşir ki bunun vasitəsi ilə də o ovunu zərərsizləşdirir  və yaxud düşməndən qoruna bilir. Bu iynələr insana da zərər verir. Hər bir tikan hüceyrənin içində qıvrılmış şəkildə olur. Hüceyrəyə nəsə toxunan kimi o açılır şikarın bədəninə batır və zəhər yayır.Qırxayaq haqqında çox maraqlı bir məlumatı diqqətinizə çatdırım. Çoxunuz düşünürsüz ki, adından göründüyü kimi yəqin onun 40 ayağı var. Amma bu belə deyil.  Qırxayağın bədəni buğumlardan ibarətdir. Hər bir buğumda ona bitişik bir cüt ayaq var. Qırxayağın adətən  18 buğumu olur. Deməli onun 36 ayağı var. Bəzilərində 15 buğum olur, bəzilərində isə 177 buğum var. İndi isə öyrənək xərçəngin qısqaclarının nə üçündür?Xərçəngin 5 cüt ayağı var ancaq yerimək üçün cəmi dördündən istifadə edir. Öndəki bir cüt ayaq qısqac kimi inkişaf edib. Bunlar çox güclüdür. Onlar molyuskaların çanağına və xırda balıqlara  qarşı əzici alətlərdir. Xərçənglər adətən ölü balıqlar ilə qidalanır. Bu dəniz canlısı öz qısqacından qidanı parçalamaq üçün istifadə edir.