Yayda teatrlarda hansı tamaşalar olacaq?

25 2019 14:28

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında “Kəloğlan” tamaşası təqdim olunub. Tamaşa türk nağılları əsasında səhnələşdirilib.  “Kəloğlan” tamaşası özünəməxsus səhnə tərtibatı, musiqisi və aktyorların məharətli ifası ilə izləyicilərin diqqətini cəlb edib.Tamaşada  ilk dəfə olaraq yeni səhnə texnikasından istifadə edilib. Səhnə əsəri elə qurulub ki, sanki nağılı qədim şamanlar danışır. “Kəloğlan” tamaşasında ayrı-ayrı xalqların musiqisindən istifadə olunub.Dostlar, tətil günlərinizdən səmərəli istifadə edərək teatrlara üz tuta bilərsiniz. Azərbaycan Dövlət Kukla teatrında “Cırtdan”, “Üç cəsur”, “Turp”, “Qoğal”, ”Maşa və ayı”, Gənc Tamaşaçılar Teatrında ”Çippolino”, ”Göymək fatma”, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında isə “Buratino“ tamaşaları nümayiş etdiriləcək.