Bağçalarda rəsm dərslərinin uşaqlara faydası

25 2019 14:42

Uşaqlar rəsm çəkməyi çox sevir, xüsusən də kiçik yaşlı uşaqlar. Onlar çəkdiyi şəkillərdə fikirlərini, xəyallarında qurduqları hadisələri ifadə edirlər. Bəzən adi bir cızma-qara  haqqında soruşduqda onlar bizə  kiçik bir hekayə anladırlar. Mütəxəssislər bildirirlər ki, cızma-qara belə balacaların davranışına, ünsiyyətinə müsbət təsir göstərir. Rəsm çəkmək uşaqların zehni inkişafına da kömək edir.Tərbiyəçi Mehriban Səfərəliyeva deyir ki, bağça yaşlı uşaqların rəsm çəkməsi çox faydalıdır. Rəsm çəkən zaman onlar təxəyyülünü işə salır, rəngləri müqayisə edirlər.Balacalar rəsmlərində daha çox insan, heyvan, meyvə və ağac rəsmlərinə üstünlük verirlər. Təcrübə göstərir ki, rəsm çəkməyi sevən uşaqlar daha sərbəst olurlar. Onlar fikirlərini ifadə etməkdən çəkinmir, sıxılmırlar. Rəsm çəkmək həm də uşaqların yaddaşını möhkəmləndirir.