Məktəblilər hovuzda çimərkən nələrə diqqət edirlər?

27 2019 14:24

Yayın qızmar istisində uşaqlar sərinlənmək üçün su hovuzlarında çimirlər. Lakin hovuzda üzən zaman təhlükəsizlik qaydalarına mütləq  riayət etmək lazımdır. Xüsusilə də balaca uşaqlar diqqətdə saxlanmalıdır.Bəs görəsən məktəblilər hovuzda çimərkən nələrə diqqət edirlər?Üzməyi yaxşı bacarmırsızsa hovuz şarlarından və su lövhələrindən istifadə etməyiniz məsləhətdir. Böyüklərin nəzarəti olmadan dərin hovuza girməyiniz təhlükəli ola bilər. Çünki, çətinliklə qarşılaşdıqda sizə kömək edən biri olmalıdır. Məşqçi Cəmil Əliyev deyir ki, azyaşlı uşaqlar onlar üçün ayrılan dayaz hovuzlarda çimməlidir.Məşqçi onu da bildirdi ki, hovuzların sutəmizləyici qurğuları vaxtlı-vaxtında yoxlanmalıdır. Əgər hovuz texniki baxışdan keçməyibsə orda çimmək qadağandır.Hovuzda çimərkən su eynəklərindən və üzgüçülük papağından istifadə edə bilərsiniz.