Cizgi filmləri "ARB Günəş"in dublyaj studiyasında belə səsləndirilir

26 2018 09:19

Yeni yaradılan bu studiyada uşaqların çox sevdiyi cizgi və animasiya filmləri, eləcə də seriallar Azərbaycan dilində səsləndirilir. Filmlər əsasən rus və ingilis dillərindən tərcümə edilir. İyun ayından fəaliyyətə başlayan studiyada artıq 15-ə yaxın cizgi filmi və bir serial dublyaj olunub.  "ARB Günəş" azyaşlı izləyicilərinə yalnız Azərbaycan dilində cizgi filmləri təqdim edir. İndiyədək telekanalda yayımlanan filmləri sifarişlə müxtəlif studiyalarda dublyaj olunurdu. “ARB Günəş”in dublyaj studiyasında səsləndirilən cizgi filmləri oktyabr ayından etibarən efirdə yayımlanacaq. “Azerspace 1” peyki vasitəsilə yayımını həyata keçirən “ARB Günəş”i kabel televiziyalarında, eləcə də internetdə onlayn izləmək mümkündür.