Dünyanın ən qədim meşəsi

28 2019 17:19

Eramızdan əvvəl 8000-ci il…. O vaxt   Avropanı başdan – başa bir meşə zolağı örtürdü. Nə xoş təsadüf ki, o meşə indi də var. Düzdür, sahəsi xeyli azalıb, ancaq əsas odur ki, mövcuddur. Söhbət Belarusla Polşa arasında yerləşən “Bialovieza” meşəsindən gedir.  Milli parkın adı XIV əsrdə qurulan Belaya Veja şəhərindən və XV əsrdə Polşa və Litva tarixi sənədlərində qeyd olunan Puşça sözündən alınıb. Bu ərazi hər iki ölkənin ortaq irsi olaraq 1979-cu ildə “UNESCO”nun dünya mirası siyahısına daxil edilib. Sahəsi 141,885 hektar olan Bialovieza 900 bitki növü ilə Avropanın ən zəngin yaşıllıq zolaqlarından biridir. 1929-cu ildə meşədə heyvanlar parkı salınıb. Burada müxtəlif canlıların rahat yaşaması üçün əlverişli şərait var