Futbolçu dostumuz Müseyibi tanıyaq

28 2019 17:24

Müseyib Bəşirovun 11 yaşı var. O, Xaçmaz şəhərində yaşayır. Futbolçu dostumuz dörd ildir ki, yaşıl meydanda top qovur. Müseyib əvvəl Xaçmazın, sonra isə Qubanın uşaqlardan ibarət futbol komandasında oynayıb. Bir müddət  “Neftçi” klubunun azyaşlılardan ibarət komandasının üzvü olub. İdmançı hazırda Keşlə klubunun azyaşlılar qrupunun oyunçusudur. Futbolçu hər gün məşqlərə qatılır. Müseyib, Mançestr Yunayted, Real Madrid və Yuventus klublarına azerkeşlik edir. Onun idealı isə Kriştian Ronaldodu. Məşqçi Rəcəb Mahmudov yetirməsinin nəticələrindən razıdı. Onun texnikalı oyunçu olduğunu bildirir.Müseyib gələcəkdə fəaliyyətini futbol sahəsində davam etdirmək niyyətindədir. Biz də ona uğurlar arzu edirik. Ümidvarıq ki, idmançı dostumuzun yaşıl meydanlardan gələn xoş  xəbərlərini çox eşidəcəyik.