Yaponların uşaqları tərbiyə üsulları

28 2019 17:30

Dostlar, Yaponiya dünyanın ən qabaqcıl, müasir ölkələrindən biridir. Burada uşaqların tərbiyə üsulu da olduqca maraqlı və fərqlidir. Yapon uşaqlar çox mehriban və özlərini idarə edə biləndirlər. Orada çox nadir halda supermarketdə ona nəsə alınmadığına görə ağlayan uşaq görə bilərsən. Soruşa bilərsiniz ki, buna səbəb nədir? Onlar necə kiçik yaşlarından bu qədər təmkinli ola bilirlər? İndi sizə məhz yapon tərbiyə Yaponiyada uşağın 5 yaşına qədər etdiyi bütün hərəkətlər qəbul edilir. Belə olduğu təqdirdə uşaq daha yumşaq xarakterə malik olur və problemli hərəkətlər etmir. Uşaqlar analarının gözündə mükəmməldirlər. Analar gördükləri əksər işlərdə övladlarına da öhdəliklər verirlər. Beləliklə, uşaqlar kiçik yaşlarından məsuliyyətlərini dərk edir və böyüdükdən sonra da valideynlərinə kömək etməyi unutmurlar. Tərbiyə məsələsində növbəti deviz isə belədir: Hər kəs bərabərdir. Bunu uşaqlara aşılamaq üçün yaponların xüsusi metodları var. 5 yaşına qədər hamı mükəmməldir. 5-15 yaş arası bütün uşaqlar xidmət edənlərdir. Bu dövrdə onlar öyrənirlər. 15 yaşından sonra isə onlar valideynlər və bütün yetişkin insanlarla bərabərdirlər. Beləliklə, 5 yaşına qədər sevgi ilə yanaşmanı öyrənən uşaq həm də qayğı göstərməyi görüb götürür. Sonrakı dövrdə valideynlərini üzməmək üçün uşaqlar hər şeyi daha yaxşı etməyə çalışır. 15 yaşdan sonra isə bütün məsuliyyətini anlamış uşaqlar yetişkin fərdə çevrilir. Yaponiyada valideynlər uşaqlarla birlikdə daha çox vaxt keçirməyə çalışırlar. Böyüklər uşaqlarında görmək istədikləri xüsusiyyətləri onlara nəsihət olaraq vermirlər, nümunə olmağı daha üstün tuturlar.