Balıqları seyr etməyin faydaları

29 2019 13:53

Akvarium balıqlarının həvəskarları bilirlər ki, onları seyr etmək əsil zövqdür. Gözoxşayan görünüşə malik parıldayan balıqların bitkilərin arasında üzməsini izləmək əhval-ruhiyyəni qaldırır. Harasa qonaq gedərkən və ya zoomağazada akvarium gördükdə qeyri-ixtiyari qarşısında ayaq saxlayır və onları seyr etməyə başlayırıq.Sübut olunub ki, balıqları izləmək sadəcə estetik zövq deyil, eyni zamanda üzən canlılara baxmaq sağlamlıq üçün faydalıdır. Britaniyalı alimlər maraqlı bir təcrübə keçiriblər. Onlar insanların Milli Dəniz Muzeyini ziyarət etməsindən sonra fiziki və psixi vəziyyətlərinin necə dəyişdiyini izləyiblər. Ziyarətçilərdə ürək ritminin və arterial təzyiqin azalması müşahidə olunub. Hər kəsin əhval-ruhiyyəsi yüksəlib.  İnsanlar akvarum olan zallarda balıqları heyranlıqla izləyərək ordan xoşbəxt halda çıxıblar. Ziyarətçilər nə qədər çox balıq seyr ediblərsə, özlərini bir o qədər yaxşı hiss ediblər. Alimlərin fikrinə görə  akvarium balıqlarını seyr etmənin insanlara təsir gücündən geniş şəkildə istifadə etnək lazımdır. Artıq bəzi stomatolji kabinetlərdə, xəstəxanaların qəbul şöbələrində, ticarət mərkəzləri, kinoteatr, restoranlar kimi insanların sıx olduğu məkanlarda akvariumların quraşdırılması kimi praktika mövcuddur. Dostlar, əgər evdə akvariumunuz yoxdursa, hərdənbir akvariumların olduğu məkanlara balıqları izləməyə getməyiniz məsləhət görülür.