Xüsusi qayğıya ehtiyacı olan uşaqlara aid sosial çarx layihəsinin təqdimatı keçirilib

29 2019 13:57

“Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrə qarşı diskriminasiya münasibətlərinin dəyişdirilməsinə həsr olunan sosial çarxların hazırlanması layihəsinin təqdimat mərasimi baş tutub. Mərasimdə millət vəkilləri, ziyalılar və digər qonaqlar iştirak edib. Tədbir "Buta" Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara və Yeniyetmərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. Layihə haqqında iştirakçılara məlumat verildikdən sonra videoçarx nümayiş olunub.Qonaqlar layihəni yüksək qiymətləndirib, bunun davamlı olmasını arzulayıblar."Buta" Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara və Yeniyetmələrə Dəstək İctimai Birliyinin bu layihəni həyata keçirməkdə əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlara diqqətin artırılması, onların cəmiyyətə inteqrasiyası, sosiallaşmasına  dəstək verməkdir.