Bakı şəhər 286 saylı tam orta məktəbdə “Bilik günü” keçirilib

17 2019 12:19

Bakı şəhər 286 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr olunan tədbir Dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Daha sonra məktəbin direktoru və müəllimlər çıxış edərək əlamətdar gün münasibəti ilə  şagirdləri təbrik ediblər. Məktəbə ilk qədəm qoyan birincilərə uğurlar arzulayıblar.Birincilər də ilk dərs günündə çox həyəcanlı idilər. Bəziləri sevinir, bəziləri isə  məktəbə alışmağın qayğısını çəkirdi. 2019-2020 tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ümumilikdə 414 844 şagird təhsil alacaq.Bu il 11-ci sinifdə oxuyan məktəblilərin də arzuları böyükdür.Tədbirdə birincilər şeir söyləyib, rəqslər nümayiş etdiriblər.