“Yuxunuz şirin olsun” proqramında hansı yeniliklər olacaq?

17 2019 12:26

Ötən telemövsüm uşaqların sevimli verilişlərindən olan “Yuxunuz şirin olsun” layihəsi bu mövsüm də “ARB Günəş”in efirində yayımlanacaq. Proqramda bir sıra yeniliklər edilib. Bu mövsümdən etibarən verilişin aparıcısı Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibova olacaq. O, hər gün saat 20:55-də balaca dostlarımıza nağıllar danışacaq.  “Yuxunuz şirin olsun” layihəsinin məqsədi uşaqlara ana dilimizi sevdirmək, onların yeni sözlər öyrənməsinə kömək etmək, mütaliəyə, kitaba maraq yaratmaqdır.Araşdırmalar göstərir ki, hər axşam nağıl dinləmək uşağı xoşbəxt edir, onun inkişafına müsbət təsir göstərir. Onlar nağıldakı hadisələr əsasında  "yalan-doğru", "yaxşı-pis" anlayışlarını ayırd etməyi öyrənirlər. Hekayələrin "xoşbəxt sonluq"la bitməsi balacaları xoş əhval-ruhiyyəyə kökləyir. Hər gecə nağılla yatan uşaqlar daha sonralar dünyagörüşlü, hər şeyə maraq göstərən oxuculara çevrilə bilir.