Məktəb ləvazimatlarımızı necə səliqəli saxlaya bilərik?

26 2018 10:57

Dostumuz Gülbən 4-cü sinif şagirdidir. O, Xaçmaz rayonunun Köhnə Xaçmaz tam orta məktəbinin 4a sinfində oxuyur. Məktəbdə hamı Gülbəni əlaçı və nizam-intizamlı şagird kimi tanıyır. O, məktəbli ləvazimatlarını səliqəli saxlamaqda da öz həmyaşıdlarına örnəkdir. Hər kəs bu qızın səliqə-səhmanına heyran qalır. Özündən soruşaq görək, Gülbən kitablarını, qələmlərini,  çantasını bu qədər səliqəli saxlamağı necə bacarır? Məktəbli dostumuz kitabların təravətli qalması üçün həftədə bir dəfə onları açıq havaya çıxarır. Səliqəli olmaq vərdişi məktəblilərin məsuliyyətini artırır. Dərslərini həvəslə oxuyurlar.