İdmançı Əkbər Əsədovun uğurları

18 2019 17:14

İstedadlı idmançı Əkbər Əsədov kigboksinq üzrə Avropa çempionatından qalibiyyətlə qayıdıb. Macarıstanda keçirilən qitə yarışında  bütün rəqiblərini məğlub edərək I yerə layiq görülüb. Çempionatda 39 ölkədən 1 991 idmançı mübarizə aparıb. Əməkdar məşqçi Hakim Hacıyev yetirməsinin çox çalışqan olduğunu deyir. Əkbər həftədə 3 dəfə məşqlərə gəlir, bu idman növünün sirlərini öyrənir.Əkbər Bakı şəhər 183 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. O, bacarıqlı idmançı olmaqla yanaşı, dərslərini də yaxşı oxuyur. Dostumuz  məktəbin fəal şagirdlərindəndir.Əkbərin idmanla  bağlı bir çox planları və arzuları var.Biz də idmançı dostumuza uğurlar arzulayır. Ümid edirik ki, yaxın gələcəkdə onu dünya və olimpiya çempionu kimi yüksək kürsülərdə görərik.