Məktəbli yazar "Oksfordun sirri"ni açacaq

19 2019 14:51

Bu gün sizi yazar dostumuz Elgün Eyyubovla tanış edəcəyik. O, "Gizli şahid" adlı kitabın müəllifidir. Məktəblinin əsəri dedektiv janrına xas sujetlə başlayır. Sonra  gözlənilməz hadisələrlə davam edir. Elgün kitabı ilə bağlı peşəkar yazarların fikrini öyrənmək istəyirdi.  Bu məqsədlə uşaq yazıçısı Sevinc Nuruqızı ilə görüşdü. Yazar məktəblinin kitabı ilə yaxından tanış olub, ona yeni yazacağı əsərlərlə bağlı tövsiyyələrini verdi.Yazıçı olmaq arzusunda olan uşaqlar kifayət qədərdir. Bəs yazmağa necə və nədən başlamaq lazımdır?Elgün "Oksfordun sirri" adlı yeni kitab üzərində işləyir. Əsər dedektiv Konsellə dostu Dikin macəralarından bəhs edir.