Milli Musiqi Günü

19 2019 14:58

Dahi bəstəkar Üzeyir Hacıbəylinin adı Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə həkk olunub. Milli musiqimizin inkişafında onun xidmətləri əvəzsizdir. Məktəbli dostlarımızla bərabər Milli Musiqi Gününün tarixi və Üzeyir bəyin yaradıcılığı haqqında geniş məlumatı musiqişünas Təranə Əmrullayevadan  alacayıq.Görkəmli bəstəkar Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə anadan olub. Valideynləri Şuşaya köçdükdən sonra ilk təhsilini burada ikisinifli rus-türk məktəbində alıb. Üzeyir bəy 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında oxuyub. Bu illərdə qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub. Seminariyada oxuyan zaman Avropa klassiklərinin əsərlərini mənimsəyib, skripkada ifa etməyi öyrənib, eyni zamanda xalq mahnılarını nota köçürməyə başlayıb.1908-ci il yanvarın 18-də səhnəyə "Leyli və Məcnun" operası ilə Üzeyir Hacıbəyli təkcə Azərbaycanda deyil, Şərqdə opera sənətinin əsasını qoyub. Həmin əsərdən kiçik bir hissəni istedadlı dostumuz Elmira ifa edəcək.Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsəri klassik opera qaydaları əsasında yazıb. 70-ə yaxın xarici dilə tərcümə edilən, 100-dən çox ölkədə səhnəyə qoyulan “Arşın mal alan” operettası da Üzeyir Hacıbəyliyə məxsusdur.  Həmin əsərdən “Telli və Vəlinin dueti”ni  isə  İzzətin təqdimatında dinləyəcəyik.Bəs görəsən məktəblilər görkəmli bəstəkar haqqında nə bilirlər?Ü.Hacıbəyov həm də Azərbaycan Respublikasının Dövlət himninin musiqisinin müəllifidir. 1995-ci ildə Ulu öndər Heydər Əliyev dahi bəstəkarın mədəniyyət tariximizdəki xidmətlərini nəzərə  alaraq sentyabrın 18-inin Milli Musiqi Günü kimi qeyd olunması haqqında fərman imzalayıb.  Həmin dövrdən etibarən Üzeyir Hacıbəylinin doğum günü hər il Musiqi bayramı kimi qeyd edilir.