Xudatda uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı tədbir keçirilib

20 2019 12:03

Xaçmazda yuxarı sinif şagirdləri ilə maarifləndirici görüş keçirilib. Regional Medianın inkişafına yarım ictimi birliyinin layihəsi əsasında baş tutan görüşdə məktəblilərə zərərli informasiyaların təsirdən qorunmağın yolları haqqında məlumat verilib. Kərim Məhərrəmov adında Xudat şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən görüşə müəllimlərlə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları və yuxarı sinif şagirdləri qatılıb. Çıxış edənlər internetdəki zərərli informasiyaların şagirdlərə təsiri haqqında məlumat verilib. Bildirilib ki, hazırda ölkədə internet istifadəçilərinin sayı ümumi əhalinin 80%-nə yaxındır. Onaların arasında məktəblilər də var. Lakin internetdən heç də hamı məlumat almaq, maariflənmək məqsədilə istifadə etmir. Xüsusilə yeniyetmə və məktəblilər zərərli informasiyların, şiddət təbliğ edən görüntülərin təsiri altına tez düşür. Bu problemdən çıxış yolu isə şagirdlərə maarifləndirci görüşlər keçirib, profilaktik söhbətlər aparmaqdır.Görüşün keçirildiyi məktəb rayonun böyük təhsil ocaqlarından sayılır. Burda 1000 nəfərdən çox şagird təhsil alır. Görüş  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarında dövlət dəstəyi şurasının maliyyə yarıdmı ilə Regional Medianının İnkişafına yardım ictimai birliyinin  Xaçmaz rayonunda məktbəlilərin internet informasiya resuslarının zərərli təsirindən qorunması ilə bağlı təşəbbüslər layihəsi əsasında keçirilib.